"Sabah"ın legionerinə ağır cəza - 4 oyunluq diskvalifikasiya
30.04.2025 - 13:52
AFFA İntizam Komitəsi "Sabah-2"nin futbolçusu Stefen Endeni cəzalandırıb.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Onunla bağlı qərar İntizam Komitəsinin bugünkü iclasında qəbul edilib.
28.04.2025-ci il tarixində Əvəzedicilər Liqasında 32-ci turun “Sabah-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra “Sabah-2”ın futbolçusu Stefen Ende hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Sabah-2” komandası 300 manat cərimə edilib.
- "Neftçi" Misir, Qazaxıstan və Çin komandaları ilə yoxlama oyunları keçirəcək
- “Şamaxı” futbolçusu ilə yollarını ayırıb - RƏSMİ
- Çimərlik voleybolu üzrə turnir keçiriləcək - Azərbaycanda ilk dəfə
- İki güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb
0
0