"Sabah"ın yay transfer planı bəlli olub.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub Umarali Raxmonaliyevlə bağlı qərarını verib.
Rəhbərlik futbolçunun komandada qalmasını istəyir. "Bayquşlar" onun çıxışından məmnundur.
Lakin özbəkistanlı oyunçu müqavilə ilə "Rubin"ə məxsusdur. Onun icarə sözləşməsi 2025-ci ilin sonunda başa çatacaq.
"Sabah" isə fürsətdən istifadə edərək Raxmonaliyevin transfer hüququna yiyələnmək niyyətindədir.
Rusiya klubu keçidə müsbət yanaşır. Tərəflər transfer qiymətində razılığa gələ bilsələr, yayda Umarali "Sabah"ın tamhüquqlu futbolçusu olacaq.
Qeyd edək ki, Raxmonaliyevin "Rubin"lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
- Əliyevdən Emreliyədək - 30 BOMBARDİR
- Finala Fransa və Argentinanın oyununu idarə etmiş hakim təyin olundu
- Antoni və Hoylund "Qalatasaray"a qarşı oynayacaq? - Ten Haq açıqladı
- Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib
- İsveç millisinin üzvü “Borussiya Dortmund”da