Azərbaycan milli komandasının sabiq üzvü Araz Abdullayev yenidən Premyer Liqada çıxış edə bilər.
Apasport.az saytına verilən məlumata görə, hazırda “Qaradağ-Lökbatan”da oynayan futbolçuya Premyer Liqadan “Kəpəz” və “Səbail” maraq göstərir.
Belə ki, hər iki klub Abdullayevi qışda toplanışa cəlb etmək niyyətindədir. Son anda dəyişiklik olmasa, hazırda 1-ci Liqada oynayan Abdullayev seçimini edəcək.
Araz bir müddət əvvəl Lökbatan klubu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalamışdı. 32 yaşlı futbolçu "Neftçi", "Everton", "Panionios", "Qəbələ", "Anortosis", "Boluspor", "Etnikos", "Sumqayıt", "Llapi", "Zirə" komandalarında oynayıb.
- "Qarabağ" polşalıların maraqlandığı oyunçusu ilə müqaviləni yenilədi - FOTO
- AVRO-2024: 1/4 final mərhələsinin ilk iki görüşünü ingilislər idarə edəcəklər
- Azərbaycanın Paris-2024-dəki bayraqdarları müəyyənləşib
- "Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarıldı
- "Azərreyl" CEV Kubokunda növbəti oyununa çıxacaq