"Yeni işə başlayırıqsa, uğurlu olmaq istəyirik. Doğrudur, komanda hazırda son pillədədir. Amma işləməyə və işimizin öhdəsindən gəlməyə çalışacağıq”.
Bunu apasport.az saytına "Səbail"in yeni baş məşqçisi Şahin Diniyev deyib.
Növbəti mövsümün sonunadək müqavilə imzalayan mütəxəssis paytaxt klubundakı məqsədlərindən söz açıb: “Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun. Görüləsi işimiz az deyil. Çalışacağıq ki, komandanı turnir cədvəlinin son pilləsindən çıxaraq, irəliləməsinə nail olaq. Digər məsələlərə isə yaxın günlərdə aydınlıq gələcək. Heyət və köməkçi-məşqçi məsələlərini nəzərdə tuturam. Hər halda, planlarımız var. İşimizin uğurlu alınması və etimadı doğrultmaq üçün ən yaxşısını edəcəyik. Qış fasiləsində vaxtımız olacaq. Toplanış zamanı da fasilədə komandaya oyun fəlsəfəmi aşılamağa çalışacam. Ümidvaram ki, hər şey yaxşı alınacaq”.
- Azərbaycan antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsinə rəhbərlik edir
- "Mançester Siti" uğursuz seriyaya son qoydu
- “Araz-Naxçıvan”da antidopinq bağlı maarifləndirmə
- Füzuli Məmmədov: "Matçın ədalətli nəticəsi bərabərlik idi"
- Boksçularımız Polşaya beynəlxalq turnirə yollandılar