Şahmatçımız Avropa çempionu oldu
29.04.2024 - 16:17
Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.
O, 10 qarşılaşmada 8,5 xal toplamaqla bunu bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5.
Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb.
- Domeniko Tedesko: “Azərbaycan önə keçsə, hər şey başqa cür olacaq” - MÜSAHİBƏ
- “Çelsi”dən unikal nailiyyət
- Kazanda keçirilən beynəlxalq multi-idman oyunlarının açılış mərasimi keçirilib
- Ölənə qədər hakimin rüşvət aldığını dedi - ULDUZLAR
- Şahrudin Məhəmmədəliyev: "Qarabağ"dan başqa da təkliflərim var idi" - Müsahibə
0
0