Şahmatçımız dünya çempionatında ikinci oldu
25.04.2023 - 10:36
Yunanıstanın Rodos şəhərində təşkil edilən şahmat üzrə məktəblilər arasında dünya çempionatına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi Süleyman Süleymanlı 17 yaşlıların yarışında mundialın gümüş medalını qazanıb.
Həmyerlimiz 7 xalla yaşıdları arasında ikinci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarhan (Türkiyə) qalib adını qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.
Qeyd edək ki, mötəbər yarışda 51 ölkə iştirak edib.
- "Barselona" 22 yaşlı futbolçusunu göndərib
- Erlinq Haaland Kimdir? Qol Maşınının Həyatı və Futbol Karyerası
- Ayan Allahverdiyeva liderliyini davam etdirir
- “Qarabağ”ın yeni tərəfdaşı: “IL’AZERO” özündən böyük brendlərin sinəsində daşınmağın fəxrini yaşayır”
- Cek Uilşer "Luton Taun"a baş məşqçi təyin edilib
0
0