“Hələ uyğunlaşıram. Yeni çempionat, fərqli səviyyədir. Buna öyrəşmək lazımdır”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.
“Adana Dəmirspor”un qolkiperi Rusiya mətbuatına açıqlamasında Türkiyə klubuna uyğunlaşmasından danışıb: “Amma mənə digərlərindən daha asandır. Azərbaycan dilini bilirəm, türklər və azərbaycanlılar çox yaxındır. Məni çox yaxşı qarşıladılar. Heç bir problem yoxdur. Burada Artyom Dzyubanı da yaxşı xatırlayırlar. Onun zarafatı sevən yaxşı oğlan olduğunu deyirlər”.
Qeyd edək ki, Məhəmmədəliyev bu ilin avqustunda Adana təmsilçisinə keçib.
- Rail Məlikov: “Neftçi”dəkilər komandanın ağırlığını bilməlidir” - MÜSAHİBƏ
- Millimiz Avropa Çempionatını qələbə ilə yekunlaşdırıb
- Elmar Baxşıyev: "Ehtiyat qüvvədən maksimum istifadə etməyə çalışdıq"
- Krakov-2023: Stend atıcılarımız mübarizəyə qoşuldu - FOTOLENT
- "Beşiktaş" Ante Rebiçlə yollarını ayırır