“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib
02.08.2025 - 22:06
“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, komanda futbolçu Bilal İsmayılovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.