“Şamaxı” U-21 yığmamızın yarımmüdafiəçisi Veysəl Rzayevlə maraqlanır.
Apasport.az saytına verilən məlumata görə, bölgə klubunun baş məşqçisi Ayxan Abbasov “Turan Tovuz”da rəhbərliyi altında oynayan futbolçunu “Şamaxı”da da görmək istəyir.
Amma hələ ki, dəqiq heç nə bilinmir. Məsələ burasındadır ki, “Turan Tovuz” da Rzayevin xidmətində maraqlıdır. U-21 yığmamızın aparıcı üzvü yeni mövsümün hazırlıqlarına “Sabah”da başlayıb.
Əgər “Sabah” onu əsas komandada saxlamaq istəməsə, futbolçu Premyer Liqanın digər klublarından, təklif göndərən kollektivlərdən birinə 1 illik icarəyə veriləcək. Rzayevin Masazır təmsilçisi ilə bir illik müqaviləsi qüvvədədir.
- Azərbaycan çempionunun hücumçusu: “Hədəfə doğru irəliləmək istəyirik”
- Azərbaycan millisi sonuncu qrup oyununda məğlub oldu
- Marmuş üçün sərvət: Mançesterə gəlir
- III MDB Oyunları: Sərbəst güləşçilərimiz 7 medal qazanıblar - FOTO
- Qəbələ-Xankəndi ultramarafonunun qalibi: “Dünya bu gözəllikləri görməlidir”