"Şamaxı" Polşa klubu ilə qarşılaşacaq
17.07.2024 - 14:09
Nöbəti mövsüm Misli Premyer Liqasında mübarizə aparacaq "Şamaxı" yay təlim-məşq toplanışını davam etdirir.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin yoxlama oyunu keçirəcəyi növbəti komanda müəyyənləşib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Şamaxı" Polşa "Pelikan"ı ilə qarşılaşacaq. 3-cü liqa təmsilçisi ilə oyun 20 iyul, saat 18:00-da Şamaxı şəhər stadionunda start götürəcək.
Qeyd edək ki, "Şamaxı" bu yay ilk yoxlama matçında "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəlib.
- 11 il sonra ilk dəfə ÇL-in qrup mərhələsində mübarizə aparacaqlar
- "Mançester Yunayted" "Trabzonspor"un forvardı ilə maraqlanır
- Millətlər Liqası: İspaniya və Portuqaliyadan qələbə - YENİLƏNİB
- Azərbaycan boksçuları İngiltərədə keçirilən dünya çempionatında iştirak edəcəklər
- Tacikistan millisində yeni baş məşqçi
0
0