Çempionlar Liqasının pley-off mərhələsində iştirak edəcək “Qarabağ” Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.
Apasport.az xəbər verir ki, klub qitənin 1 nömrəli klub turnirinin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Şamaxı” ilə səfər oyununun təxirə salınmasını istəyib.
“Qarabağ” klubunun müraciətini, “Şamaxı” klubunun razılığını, Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası 2024/25-ci illər Futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 1-ci bəndini (pley-off mərhələsinə yüksələn komandanın 1 oyunun təxirə salınması ilə bağlı müraciətini) rəhbər tutaraq 3-cü turun “Şamaxı” - “Qarabağ” oyununun təxirə salınması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, təxirə salınmış oyunun tarixi ilə bağlı əlavə məlumat qurum tərəfindən veriləcək.
- Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
- Azərbaycan və Özbəkistan Dünya Çempionatı üçün birgə namizədliklərini irəli sürüblər
- UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir
- "Liverpul" matçında rekord
- “Sumqayıt”ın məşqçisi: “Bəxtimiz gətirdi”