“Şamaxı” tanınmış futbolçunun qardaşını transfer edib
20.07.2024 - 14:21
“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan apasport.az-a verilən məlumata görə, bölgə təmsilçisi belçikalı hücumçu Conatan Bentekeni heyətinə qatıb.
34 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Conatan Benteke son olaraq Lüksemburqun “Union Titus Petanj” klubunda çıxış edib. O, Belçika millisi və İngiltərənin “Liverpul” klubunun sabiq hücumçusu Kristian Bentekenin qardaşıdır.
- 18 milyonluq maaş təklifi – Ronaldo ilə oynamaq üçün
- Fernando Torresə vəzifə verildi
- Dövlət başçısı: "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub, 1700-ə yaxın medal qazanılıb"
- Güləşçilərimiz Avropa çempionatının yarımfinal mərhələsində məğlub olublar
- Mingəçevirdə "Gənclər Kuboku" baş tutdu - FOTO
0
0