Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
17.07.2025 - 15:24
Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO

Azərbaycan Mətbuat Şurasında Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı 19-20 iyulda Şamaxıda təşkil olunacaq minifutbol turnirinin təqdimatı və püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, tədbirdə təşkilatçılarla yanaşı, yarışda mübarizə aparacaq komandaların nümayəndələri də iştirak ediblər.

Açılış mərasimi iyulun 19-da Şamaxı Olimpiya İdman Kompleksində saat 15:00-da olacaq. Turnirin oyunlarını AFFA-nın hakimləri idarə edəcək. İyulun 20-də müəyyənləşəcək qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə sertifikatlarla təltif ediləcəklər. 

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatı dəstəyi ilə keçiriləcək.