"Şamaxı"dan ayrıldı, yeni ünvanı bəllidir
16.09.2024 - 15:42

“Şamaxı” futbolçusu Elşad Tağıyevlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
O, karyerasına "Qəbələ"də davam edəcək.
“Qəbələ” akademiyasının yetirməsi olan 23 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Futbolçu daha öncə “Turan Tovuz” və “Səbail”in əsas komandalarında çıxış edib.
- Fərid Qayıbov və Orxan Məmmədov millimizlə görüşdü
- Rəşad Sadıqov: “Belə tapşırıq yox idi" - VİDEO
- "Mançester Siti"dən böyükhesablı qələbə, Madrid derbisində sülh
- 3 boksçumuz paytaxtda keçirilən turnirə qələbə ilə başladı
- Ronaldo istəyir, Mourinyo buraxmır -"Fənərbaxça"nın ulduzu üçün fantastik təklif
0
0