"Şamaxı"nın kapitanı futbolçu karyerasını başa vurub
25.05.2025 - 13:13
"Şamaxı"nın kapitanı futbolçu karyerasını başa vurub

"Şamaxı"nın kapitanı Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasının 36-cı turunun “Qarabağ”la matçından öncə klubun idarə heyətinin sədri Elçin Usub 40 yaşlı qapıçıya xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, K.Bayramov bu ilin yanvar ayından "Şamaxı"nın formasını geyinirdi. O, 2020-2022-ci illərdə də "Şamaxı"da oynayıb. Qolkiper karyerası ərzində "Turan Tovuz", "Səbail", "Zirə", AZAL, "Araz-Naxçıvan", "Rəvan", "Xəzər Lənkəran", "Muğan" və "Neftçi"də də çıxış edib.