“Şamaxı”nın yay hazırlıq planı bəlli olub
                    
                    04.06.2025 - 16:42
                        
                    
                    “Şamaxı” futbol komandasının yay hazırlıq planı məlum olub.
Apasport.az xəbər verir ki, təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq.
İlk mərhələ iyulun 5-i Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-də bitəcək.
Komanda hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların vaxtı hələlik məlum deyil.
                                
                                0
                                
                                0