"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda doğma meydanda "Kəpəz"i 5:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Komanda sanki daha istəkli oynayırdı. Abubakarın gəlişinin bunda nə dərəcədə rolu var?
- Abubakarın komandada böyük rolu var, təcrübəli futbolçudur. Hər yerdə belədir ki, komanda təcrübəli oyunçunun oyununa uymağa çalışırlar. Biz bütün oyunlarda istəkli idik. Mətbuat konfransını bir futbolçuya həsr etsək, digər oyunçulara haqsızlıq olar.
- Qarşıda "Qarabağ"la oyun var. Hazırda onların müdafiəsində boşluqlar hiss olunur. Bu məqam sizin xeyrinizə ola bilər?
- "Qarabağ"ın müdafiəsində heç bir boşluq yoxdur. Günü-gündən güclənirlər. Həmin matça qədər hələ vaxt var. "Qarabağ"a, Qurban Qurbanova "Çelsi" ilə oyunda uğurlar arzulayıram. Bizim derbiyə gəldikdə isə, maraqlı oyun olacaq. İki yaxşı komanda bir-biri ilə oynayacaq.
- Oyunla bağlı narazı qaldığınız məqam oldu?
- Elə epizodlar var idi ki, futbolçular driblinq etməyə alüdə olurdular. Amma qələbə elə şeydir ki, çox şeyə göz yumursan.
- Avarçəkənimiz dünya çempionatında iştirak edəcək
- Albaniya millisinin baş məşqçisi: "Azərbaycanla oyun bizim üçün çox vacib və dəyərlidir"
- Antoni və Hoylund "Qalatasaray"a qarşı oynayacaq? - Ten Haq açıqladı
- Güləş yığmalarımız təlim-məşq toplanışına start verib
- “Böyük Dəbilqə” turnirinə 11 komanda qeydiyyatdan keçdi