Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Apasport.az qurumun saytına istinadən məlumat verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Türkiyəli mütəxəssis Barış Şimşek 2 il müddətinə AFFA-nın Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunsun.
2. Samir Əliyev 1 seçmə mərhələ müddətinə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunsun.
3. “Sabah” FK-nın əvəzedici komandasının 2022/2023-cü il mövsümündə Birinci Divizionda çıxış etməməsi ilə bağlı AFFA-ya müraciəti müsbət cavablandırılsın.
4. Region Liqası komandalarının Birinci Divizionda çıxış edə bilməsi üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası tərəfindən meyarlar müəyyənləşdirilsin. Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən klubun 2022/2023-cü illər mövsümündə Birinci Divizionda iştirakı təmin olunsun.
Qeyd edək ki, Şimşek yeni vəzifəsində avstriyalı Frits Ştuxliki, Samir Əliyev isə serbiyalı Milan Obradoviçi əvəzləyib.
- Uruqvay Byelsanı gətirir
- PSJ çempion oldu - “Barselona” və “Bavariya”nın uğurunu təkrarladı
- Atletlərimiz Avropa çempionatında 2 medal qazanıblar
- Stankoviçin “Neftçi”dən gedişinin və digər klubumuzun təklifindən imtinasının səbəbi - MÜSAHİBƏ
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında iştirak edirlər