UEFA Millətlər Liqasının qrup mərhələsində Koşitse şəhərindəki Koşitse Futbol Arenasında keçiriləcək Slovakiya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtları müətyyənləşib.
Apasport.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, media nümayəndələri önünə əvvəlcə Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş çıxacaq.
7 sentyabr
Slovakiya milli komandası
16:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Slaviya Texniki Universitetinin meydanı)
19:00. Mətbuat konfransı (Koşitse Futbol Arenası)
Azərbaycan milli komandası
17:15. Mətbuat konfransı (Koşitse Futbol Arenası)
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Koşitse Futbol Arenası)
Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.
Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Şahruddin: "Çox şey deyə bilərəm, amma bunun mənası yoxdur"
- Ülvi İsgəndərov: “Belə olan halda, Birinci Liqaya düşməyimiz normaldır” - MÜSAHİBƏ
- Reşford xəstə olduğunu deyərək gecə klubuna gedib
- "Zirə"dən kritik həmlə: LEGİONERLƏR KOMANDADA QALDI
- Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində 4 medal qazanıblar