
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda bu gün “Nant”la səfərdə qarşılaşacaq.
Apasport.az saytının məlumatına görə, ekspert Sarper Can Ayaz Fransakı keçiriləcək matçla bağlı proqnozunu verib.
Türkiyəli mütəxəssis görüşdə vurulacaq qol sayı ilə bağlı öz versiyasını irəli sürüb:
“Nant” bu mövsüm qeyri-stabil çıxışı ilə diqqət çəkir. Liqa1-in ilk 12 turunda cəmi 2 qələbə qazana bilib. Avropa Liqasının qrupuna “Olimpiakos”a qalib gələrək uğurlu başlanğıc etsələr də, sonrakı 3 görüşün hamısında məğlub olublar.
“Qarabağ” isə qrup matçlarında möhkəm oyunu ilə seçilir. Azərbaycan çempionu son 3 görüşündə 7 xal toplamağı bacarıb. “Nant”ın qələbəyə ehtiyacı varsa, “Qarabağ” topu nəzarətində saxlamağı sevir.
Proqnozum: 2-3 qol.
- Filip İvanoviç: “Sabah”ın “Qarabağ” üzərində qazandığı qələbə...” - MÜSAHİBƏ
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- Raman Saley Dünya Seriyasında mübarizə aparacaq
- Cüdoçularımız ABŞ-də keçiriləcək dünya çempionatına hazırlaşırlar
- Rusiya Qazaxıstanla qarşılaşacaq