"Səbail" daha bir futbolçu ilə müqavilə imzalayıb
05.06.2024 - 17:17
"Səbail" futbolçusu Hüseynəli Quliyevlə yeni müqavilə imzalayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onunla yeni - 2 illik müqavilə bağlanıb.
2022-ci ildən "dənizçilər"in formasını geyinən 24 yaşlı qapıçı ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.
Qeyd edək ki, Bakı təmsilçisi buna qədər Ağabala Ramazanov və Adil Nağıyevlə yolları ayırdığını, Yusif Nəbiyevlə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.
- Azərbaycanın stolüstü tennisçiləri Latviyada beynəlxalq turnirinin qalibi olublar
- Azərbaycan Monqolustandakı "Böyük Dəbilqə"də 17 cüdoçu ilə təmsil olunacaq
- Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Sinqapurda görüşlər keçirib
- “Bayer” “Bavariya”ya çatdı
- "Beşiktaş"ın futbolçusu "Mançester Yunayted"ə keçməyə yaxındır
0
0