"Səbail"də daha bir ayrılıq
16.06.2022 - 12:49
“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bakılılar hücumçu Rauf Əliyevlə vidalaşıb.
33 yaşlı forvardla başa çatan müqavilənin müddəti uzadılmayıb. Azərbaycan millisinin sabiq üzvü yay fasiləsində paytaxt klubunu tərk edən 7-ci oyunçu olub. Ona qədər “Səbail” Mirsayib Abbasov, Əfran İsmayılov, Camal Araqo, Domantas Şimkus, Nikolas Raysel və Elxan Əhmədovun gedişini açıqlayıb.
Qeyd edək ki, “Səbail” hələlik yalnız Ağabala Ramazanovu heyətinə cəlb edib.
- "Araz-Naxçıvan" heyətini braziliyalı ilə gücləndirib
- III MDB Oyunları: 7 idman növü üzrə yarışlar keçiriləcək
- “Neftçi” Toqo yığmasının yarımmüdafiəçisi ilə danışıqlara başladı
- Zaur Axundov istefa verdi, legioner limiti və əvəzetmə sayı dəyişdi
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
0
0