Sekidika uğrunda yarış: "Neftçi"nin ardınca Kipr klubu da onu istəyir
31.07.2025 - 16:09
Sekidika uğrunda yarış: "Neftçi"nin ardınca Kipr klubu da onu istəyir

“Sabah”ın aparıcı futbolçusu Cessi Sekidika Kipr klublarının diqqətini çəkib.

Apasport.az saytına verilən məlumata görə, nigeriyalı futbolçu Kiprin son çempionu, hazırda Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edən “Pafos”un maraq dairəsindədir. 

“Neftçi”nin də transfer siyahısında olmuş Cessinin “Sabah”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

“Sabah” 29 yaşlı futbolçunu satmaq niyyətində deyil.

Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas onun komandada saxlanılmasını istəyib.

Qeyd edək ki, “Pafos”un transfer etmək istədiyi Cessi karyerası ərzində “Napredak”(Serbiya), “Eskişehirspor”, “Qalatasaray”, “Konyaspor”, “Eyüpspor”, “Ümraniyespor”(hamısı Türkiyə), “Löven”(Belçika) klublarında oynayıb.