Gürcüstan milli komandasının futbolçusu Levan Şengeliyanın Azərbaycana transferi təxirə düşüb.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi bu yay “Neftçi”nin transfer siyahısına düşüb.
Onun “Panetolikos”la müqaviləsi keçidə mane olub. Yunanıstan klubu anlaşması 2024-cü il iyunun 30-na qədər olan oyunçusu üçün böyük məbləğ tələb edib. Buna görə də, onun “Neftçi”yə keçidi baş tutmayıb. Amma Şengeliyanın Yunanıstan klubu ilə müqaviləsi başa çatdıqdan sonra “ağ-qaralar” onu heyətinə qatmaq üçün yenidən danışıqlar aparacaq.
Qeyd edək ki, Şengeliya “Dila”, “Torpedo”(Kutaisi), “Kolxeti Poti”, “Tubize”, “Dinamo”(Tbilisi),
“Konyaspor”, “Leven” klublarında oynadıqdan sonra 2022-ci ildə “Panetolikos”a transfer olub.
- Azərbaycan UEFA reytinqində 1 pillə irəlilədi
- Emin İmaməliyev: “Onlar “Qarabağ”ın gücünə güc qatacaq futbolçulardır" - MÜSAHİBƏ
- “Çelsi” tarixinin ən bahalı 10 MÜDAFİƏÇİSİ
- “Qalatasaray”da ayrılıq siqnalı: Prezident söz verdi
- Çexiya Universitetinin departament rəhbəri Azərbaycan İdman Akademiyasında tədrisə başlayıb