
Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev "Kocaelispor"da özünü xoşbəxt hiss etmir.
Apasport.az saytına verilən məlumata görə, qışda "Buriram Yunayted"dən ayrılaraq Türkiyəyə yollanan Ramilin Azərbaycana dönüşü yayda reallaşa bilər.
Yerli klublar arasında Şeydayevə maraq böyükdür. "Neftçi" və "Sabah" yayda Ramili transfer etməyə iddialıdır.
Maraqlı məqam odur ki, qışda onu heyətinə qatmaq istəyən "Qarabağ" hələ ki, o vaxtdan bu yana Ramil üçün əlaqəyə keçməyib. Əgər, Ağdam klubu Şeydayevi qaytarmağı düşünərsə, onun uğrunda mübarizədə əsas favorit olacaq.
Ramil Şeydayev “Kocaelispor”la 2024-cü il yanvarın 17-də müqavilə imzalayıb və o, 2025-ci il iyunun 30-na qədər Türkiyə klubuna məxsusdur. Lakin onun mövsümün sonunda Azərbaycan Premyer Liqasına qayıdışı gözlənilir.
- Aslan Kərimov: “Avroliqa bitəndən sonra "Qarabağ"ın qarşısını almaq çətin olacaq” - Müsahibə
- “Dünya kuboku 2024”ün 4-cü günü yekunlaşıb
- "Şamaxı"nın yeni rəhbəri açıqlandı
- Amerikada stadiona elə heyvan girdi ki... - VİDEO
- Zamiq Əliyev: "Az da olsa, ümidim var idi ki, bəlkə millidən dəvət gələr" - Müsahibə