“Şimal” qələbə qazandı - I Liqaya yüksəldi
30.04.2025 - 21:23
“Şimal” qələbə qazandı - I Liqaya yüksəldi

Futbol üzrə Azərbaycan II Liqasında XXIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra I Liqaya vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

"Şimal" XXIII turda səfərdə "Lerik"i 4:2 hesabı ilə məğlub edərək, üst liqada iştirak etmək hüququ qazanıb.

Xaçmaz təmsilçisi mövsümün bitməsinə 3 tur qalmış 52 xal toplayıb 4-cü pillədə qərarlaşan "Hypers Quba"nı 10 xal qabaqlayır.

Qeyd edək ki, daha əvvəl "Şahdağ Qusar" və "Şəfa" I Liqaya vəsiqə qazanmışdılar.