Slovakiya – Azərbaycan oyunu polşalı hakimə tapşırılıb
05.09.2024 - 12:48
Azərbaycan yığmasının UEFA Milətlər Liqasının II turunda Slovakiya ilə keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Damian Silvestrjaka olacaq. Ona Pavel Sokolniçki və Adam Karaseviç kömək edəcəklər.
Qarşılaşmada dördüncü hakim funksiyasını Martsin Koçanek yerinə yetirəcək.
Qeyd edək ki, görüş sentyabrın 8-də Slovakiyanın Koşitse şəhərində baş tutacaq.
- Millinin sabiq üzvü "Qəbələ"də
- Loran Blan karyerasına Səudiyyə Ərəbistanı klubunda davam edəcək
- Birinci Liqa: "Qəbələ" "Qaradağ Lökbatan"ı, “İmişli” “Difai Ağsu”nu darmadağın etdi - YENİLƏNİB
- “Qarabağ”dan çempionluq yolunda kritik xal itkisi - YENİLƏNİB
- Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib
0
0