Şübhəli qutu “Tuluza” – “Nant” oyununun startını gecikdirdi
14.05.2023 - 18:16
“Tuluza” – “Nant” görüşü saatyarım gec başlayacaq.
Apasport.az-ın məlumatına görə, stadionda şübhəli qutu aşkar olunub.
Fransa çempionatının 35-ci turunda “Tuluza” öz meydanında “Nant”ı qəbul edir. Oyunun keçiriləcəyi “Stadium de Tuluza” asayiş keşikçiləri şübhəli məqam müəyyən ediblər. Həmin ərazini boşaldan polis yoxlamalardan sonra matçın startı ilə bağlı qərar verəcək.
Qeyd edək ki, “Tuluza” – “Nant” görüşü Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi.
- "Bavariya"da zədəlilərin son durumu AÇIQLANDI
- Azərbaycan çempionatında II dövrənin son oyunlarının vaxtı açıqlandı
- “Kəpəz” düşərgəsində fəxri qonaqlar
- “Ferensvaroş”un kapitanı: “Qarabağ”dan böyük sillə yedik” - MÜSAHİBƏ
- Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
0
0