"Sumqayıt" hücumçu transfer edib
14.08.2024 - 19:27
"Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, Sumqayıt təmsilçisi son mövsümü Özbəkistanın “Surxon Termiz” klubunda keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb.
25 yaşlı hücumçu 99 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.
- Canni de Byazi: “Kuryoz qol komandanı əsəbləşdirdi”
- Azərbaycan millisi 1/4 finalda
- Azər Bağırov: "Dirəyin aşması, yağışın yağması Ehtiram müəllimin günahı deyil"
- Kirill Dudnik: “Azərbaycanın oyununda qol sayına mərc etmək olar”
- Dünya Taekvondosunun prezidenti: “Azərbaycanda taekvondonun inkişafına böyük dəstək göstərilir”
0
0