"Sumqayıt" sabiq futbolçusunu geri qaytarıb
07.08.2024 - 12:32
2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" sabiq futbolçusu Sərtan Taşkını geri qaytarıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü Türkiyənin "Manisa" klubunda keçirmiş müdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.
Azərbaycan millisinin 26 yaşlı futbolçusu "Sumqayıt"ın heyətində 2 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 2019/2020 mövsümündə də komandamızda çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.
- Messi, Ronaldinyo və Buffon “sülh matçı”nda iştirak edəcək
- Qurban Qurbanov: "Oğlumla Polşa klubunun maraqlandığını eşitmişəm"
- AMADA qadın voleybolçular üçün seminar təşkil edib
- Canni de Byazi: “Bu durumdan məmnun deyilik”
- Azərbaycanın altı boksçusu Gürcüstanda keçirilən beynəlxalq turnirdə rinqə çıxacaq
0
0