"Sumqayıt" və "Araz-Naxçıvan"ın sabiq futbolçusu I Liqa klubuna keçib
28.01.2026 - 13:19
"Sumqayıt" və "Araz-Naçxıvan"ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi "Mingəçevir"ə keçib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər razılıq əldə olunub.
Qabil Əlizadə karyerası ərzində "Karvan-Yevlax", "Sumqayıt" və "Araz-Naxçıvan" kimi klubların formasını geyinib.
Qeyd edək ki, "Mingəçevir" hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.
- Blind van Qaalın xərçənglə mübarizəsindən danışdı: "Ona görə qalib gəlmək istəyirik"
- ABL: “Lənkəran” ilk qələbəsini qazandı
- Prezident: “İmarət” stadionunun yeni layihəsi işlənilir”
- Yay Olimpiya Oyunlarında Azərbaycanın Dövlət Himni səsləndirilib
- Sabiq qapıçı qadın aparıcının həyatını xilas edib - VİDEO
0
0