“Sumqayıt” Zirədən qələbə ilə döndü
14.10.2023 - 17:48

“Zirə” və “Sumqayıt” arasında yoxlama oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Misli Premyer Liqasında yaranan fasilə dövründə üz-üzə gələn rəqiblər Zirə İdman Kompleksinin stadionunda qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. İkinci hissənin sonlarında fərqlənən Kamran Quliyev Sumqayıtın eyniadlı klubuna qələbə qazandırıb – 1:0.
Bu komandaların çempionatdakı görüşü VI tura təsadüf edib. Zirədəki matçda meydan sahibləri eyni hesabla qalib gəlib.
Qeyd edək ki, “Zirə” I dövrədən sonra çempionatın lideridir.
- “Lənkəran”ın amerikalı basketbolçusu: "Liqada sözümüzü demək istəyirik"
- Azərbaycan və Rumıniya Minifutbol Federasiyaları əməkdaşlıq perspektivlərini müzakirə ediblər - FOTO
- Paris-2024: Bağlanış mərasimində bayrağımızı daşıyacaq idmançılar bəlli olub
- Libertadores kubokunun qalibi “Liverpul”un hədəfində
- Nadal qolf yarışında 8-ci olub
0
0