“Sumqayıt”da ilk ayrılıq
25.05.2022 - 09:13
“Sumqayıt”dan ayrılan ilk futbolçunun adı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Tellur Mütəllimov “gənclik şəhəri” təmsilçisini tərk edib.
27 yaşlı cinah oyunçusu instaqram səhifəsi vasitəsilə “kimyaçılar”la vidalaşıb: “Çətin olsa da, deməliyəm ki, iki ildir ki uğurları üçün çalışdığım “Sumqayıt”dan ayrılıram. Burada yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, yollarımız yenidən kəsişər”.
Qeyd edək ki, Tellur Mütəllimov bir neçə gün əvvəl “Sabah”la ilkin razılıq əldə edib.
- "Qarabağ" "pley-off"a darmadağınla yüksəldi! - YENİLƏNİB
- Azərbaycan Həndbol Federasiyasının rəsmisi təyinat alıb
- "Sabah" - "Sent Patriks Atletik" matçına nə qədər bilet satılıb?
- Rəşad Sadıqov: "Qarşılaşmaya fərqli ab-havada hazırlaşmaq istəyərdik"
- Türkiyə kubokunun yarımfinal matçlarını idarə edəcək hakimlər bəlli oldu
0
0