"Sumqayıt"da itki
14.04.2024 - 13:44
Misli Premyer Liqasının XXX turunun ilk oyun günü iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Apasport.az xəbər verir ki, “Sumqayıt” – “Zirə” matçında hər komanda bir futbolçusunu itirib.
Meydan sahiblərinin heyətində ən çox qol vuran iki oyunçudan biri Kasimir Ninqa növbəti turu buraxacaq. 4-cü sarı vərəqəsini alan legioner “Turan Tovuz”a qarşı oynamayacaq.
“Zirə” isə “Neftçi” ilə matça itki ilə çıxacaq. 8-ci xəbərdarlığını alan Pyer Zebli paytaxt derbisini buraxacaq.
Qeyd edək ki, “Sumqayıt”la “Zirə”nin dueli qolsuz heç-heçə ilə başa çatıb.
- “Turan Tovuz”un legioneri: "Qarabağ"a qarşı istədiyin nəticəni qazanmaq çətindir" - Müsahibə
- Mixail Savin: “Qarabağ” bütün rəqiblərini parçalayır”
- "Barselona" prezidentindən Xavi açıqlaması
- “Frayburq”un kapitanı: “Qarabağ”ı deyil, başqa rəqib arzulayırdıq”
- “Fənərbaxça” 2 futbolçusunu icarəyə göndərdi
0
0