“Sumqayıt”dan Ukrayna klubuna keçdi
02.07.2022 - 12:23
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Dmitri Nağıyev yenidən Ukraynada çıxış edəcək.
Apasport.az saytının məlumatına görə, son il yarımı “Sumqayıt”da keçirən 27 yaşlı sağ cinah müdafiəçisi vətəninə qayıdıb.
Nağıyev Ukrayna Premyer Liqasında çıxış edən “İnqulets”lə müqavilə bağlayıb. Anlaşmaya əsasən, o, 2023-cü ilin yayına qədər Petrovo klubunun formasını geyinəcək.
Qeyd edək ki, “Dnepr”in yetirməsi olan Dmitri Nağıyev 2015-ci ildə U-21 yığmamızın heyətində 2 oyun keçirib.
- Federasiya nümayəndələri yeniyetmə voleybolçularla görüşdülər
- Cüdoçularımız Avropa Kubokunda iştirak edəcək
- 8-ci Etnospor Forumu: Qlobal sülh çağırışı və “Ethnosports 2027” vizyonu ön plana çıxıb
- Kaxaber Sxadadze: “Səhvlərimiz çoxdur”
- Krunoslav Renduliç: "Oyunun taleyini daha erkən həll edə bilərdik"
0
0