"Sumqayıt"ın 2 üzvü İspaniyada təcrübə keçəcək
02.09.2024 - 17:45
"Sumqayıt" Futbol Akademiyasının iki üzvü İspaniyaya yollanıblar.
Apasport.az xəbər verir ki, akademiyanın U-17 komandasının üzvü Əli Əhmədov və U-16-nın qolkiperi Tunar Mehdiyev "Levante"nin akademiyasında 10 gün təcrübə proqramında iştirak edəcəklər.
Hər iki futbolçu sözügedən komanda ilə məşq edəcək.
Qeyd edək ki, "Levante" UD nəinki təmsil etdiyi Valensiyanın, ümumiyyətlə, Pireney yarmadasının ən öndə gedən akademiyalarından biri hesab olunur.
- U-17 cüdoçular arasında Azərbaycan birinciliyində fərdi yarışlara yekun vurulub
- Azərbaycan yığmasının üzvü: “Məğlubiyyətimizin əsas səbəbi təcrübəsizlik oldu”
- "Qalatasaray"ın futbolçusu “Milan”ın transfer siyahısında
- Hansı oyun, hansı kanalda? - TV AFİŞA
- Türkiyə çempionu millimizin hücumçusunu istəyir
0
0