"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi növbəti qələbəsini qazanıb
13.07.2024 - 17:09
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"la qarşılaşacaq "Fehervar" (Macarıstan) növbəti yoxlama matçını keçirib.
Apasport.az xəbər verir ki, Sekeşfehervar klubu Sloveniya təmsilçisi "Dekani" ilə qarşılaşıb.
Oyun macarların qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, "Sumqayıt" dünən yoxlama görüşündə Türkiyənin I Liqa komandası "Gənclərbirliyi"ni 1:0 hesabı ilə üstələyib.
Samir Abasovun rəhbərlik etdiyi klub "Fehervar"la Konfrans Liqasında ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
- “Zirə”nin legioneri: "Hakimə dedim ki, səhv etdiyini görəcəksən və..." - Müsahibə
- “Şamaxı”nın futbolçusu Afrika Millətlər Kubokunda çıxış edəcək
- “Şəki” Azərbaycan Kubokunun 1/4 finalında
- Sabiq klub prezidenti: “O, “Qarabağ” qladiatorlarının heç yarısı deyil”
- “Neftçi”nin əvəzediciləri 8 qolla qalib gəldi
0
0