"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşdi
10.01.2025 - 20:49
"Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovun köməkçilərinin adları dəqiqləşib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı mütəxəssisin köməkçiləri Şahin Abdullayev və uzun illər komandanən kapitanı olmuş Vurğun Hüseynov olacaq. Qapıçılar üzrə məşqçi vəzifəsini Emil Babayev, fiziki hazırlıq üzrə məşqçi vəzifəsini isə Gerard Martinez Bernat icra edəcək.
Qeyd edək ki, "Sumqayıt" Misli Premyer Liqasında 18 turdan sonra 20 xalla 6-cı pillədə qərarlaşıb.
- Futzalçılarımız Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb
- Çempionlar Liqasının 1/4 final mərhələsinin ən bahalı oyunçuları - Siyahı
- Ceyhun Nuriyev: "Cütün taleyi ikinci oyunda həll olunacaq"
- Rəşad Sadıqov: “Renatonun milliləşməsinə sevinərəm“
- Coşqun qırmızı vərəqə alıb, komandası qələbə qazanıb
0
0