“Qarabağ”ın Avropa Liqasındakı mümkün rəqibi dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu Çempionlar Liqası ilə vidalaşsa, Şimali İrlandiyanın “Linfild” klubu ilə üz-üzə gələcək.
Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin İsveçrədəki matçında “Qarabağ” “Sürix”lə görüşür. Cütün qalibi qitənin ən nüfuzlu klub turnirində yoluna davam edəcəksə, məğlub tərəf Avropa Liqasının III təsnifat mərhələsinə yuvarlanacaq. Həmin komanda “Linfild”ə rəqib olacaq.
Şimali irlandiyalılar da Çempionlar Liqası ilə II təsnifat mərhələsində vidalaşıb. Onlar ötən həftə 1:0 hesabı ilə məğlub etdikləri “Bodo Qlimt”lə Norveçdəki matçda darmadağınla üzləşib – 0:8. Nəticədə skandinaviyalılar Çempionlar Liqasının, “Linfild” Avropa Liqasının III təsnifat mərhələsinə keçib.
Qeyd edək ki, “Sürix” – “Qarabağ” cütünün məğlubu ilə “Linfild” arasında oyunlar avqustun 4-də və 11-də baş tutacaq. İlk oyun Şimali İrlandiyada təşkil olunacaq.
- Vüsal İsgəndərli yenə heyətdən kənarda qaldı
- “Real”ın prezidenti: “Bütün klublar taleyi ilə bağlı öz qərarlarını verə bilər”.
- "Fənərbaxça" və "Trabzonspor"un cəzaları bəlli oldu
- Elmar Baxşıyev: "Kubokda az da olsa şansımız var"
- “Fənər”də Sadettin Saran və Ali Koç arasında təhvil-təslim mərasimi keçirilib