Taekvondoçularımız lisenziya turnirinə qatılacaqlar
07.03.2024 - 11:13
Azərbaycanın 3 taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində iştirak edəcək.
Apasport.az xəbər verir ki, yarışda Milad Beiqi Harçeqani (+80 kq), Zemfira Həsənzadə (49 kq) və Nigar Abdullayeva (57) mübarizə aparacaqlar.
Kişilərdən ibarət yığmaya Məmməd Abdullayev, qadınlardan ibarət milliyə isə Sun Mi Park rəhbərlik edəcək. Bu gün Sofiyaya yollanan taekvondoçular martın 9-10-da qüvvələrini sınayacaqlar. Komanda ayın 11-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycan taekvondo millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanıb.
- Azərbaycan boksçusu Avropa birinciliyində yarımfinala yüksəldi
- "Neftçi" - “Qarabağ" oyununun biletləri satışa çıxarılıb
- Dövlət başçısı: “Komanda idman növlərinin inkişafı imkan verəcək ki, idmanın inkişafı hərtərəfli olsun”
- Həmzət Çimayev UFC çempionu olub
- Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıya gəlib
0
0