
Serbiyanın paytaxtı Belqradda uşaq taekvondoçular arasında açıq Avropa birinciliyi keçirilib.
Apasport xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyası açıqlayıb.
Yığmamızın idmançıları turnirdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. A kateqoriyasında 27 kq çəkidə Mehman Qənbərli qitənin ən güclüsü olub. “Kristal Abşeron” Taekvondo Klubunun üzvü finalda Omari Lapaçini (Gürcüstan) məğlub edərək, qızıl medala yiyələnib. Bu klubun digər yetirməsi Ülvi Məmmədov yalnız finalda məğlub olaraq, ikinci yeri tutub. “Kristal Abşeron” isə komanda hesabında ikinci pillədə qərarlaşıb.
Yarışda bürünc medalları “Xəzər” Taekvondo Klubundan Harun Hüseynov (36 kq), “Xəmsə” Taekvondo Klubundan Zaur Hüseynov (36 kq) və “Modern” Klubundan Nadir Paşayev (21 kq, B kateqoriyası) qazanıblar.
- Holanın meneceri: "Laporta ilə yaxşı münasibətim var"
- "Real" "Bavariya"nın futbolçusu ilə anlaşdı
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- Güləşçilərimiz Avropa çempionatında finala vəsiqə qazanıblar
- Messi ilə qonşu oldu, 25 MİLYON DOLLAR QAZANDI