Azərbaycan yığması Prezident kubokunda daha bir medal qazanıb.
Apasport.az xəbər verir ki, İranın paytaxtı Tehranda keçirilən Dünya Taekvondosunun Prezidentinin kubokunun son günündə Azərbaycan millisi daha bir medala sahib olub.
Yığmanın heyətində G2 kateqoriyalı yarışda Səyyad Dadaşov fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
O, 58 kq çəkidə bürünc medala yiyələnib. Bununla da komandamız Dünya Taekvondosunun Prezidentinin kubokunu 3 medalla başa vurub. Daha öncə Taleh Süleymanov (87 kq) gümüş, Ələskər Əliyev (74 kq) isə turniri bürünc mükafat qazanıb.
Qeyd edək ki, analoji yarış fevralın 20-da parataekvondoçular arasında keçiriləcək və Azərbaycan millisi də kubokda mübarizə aparacaq.
- Premyer Liqa klubu 4 futbolçusunu heyətində saxladı
- Vüsal İsgəndərli komandasını dəyişir - ”Kəpəz”ə “yox” deyib
- Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Bursada təlim-məşq toplanışına başlayır
- "Məşqçi olmağıma bu istək kömək etdi" - Qurban Qurbanov
- Super Liqa: “Bodrumspor”dan minimalhesablı qələbə