"Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun "Zirə" ilə final matçından sonra açıqlamalar verib.
Apasport.az klub rəhbərinin fikirlərini diqqətinizə çatdırır:
- Çox gərgin oyun oldu. Son dəqiqələrə qədər matçın əlavə vaxta gedəcəyini düşünürdüm. Rəşad Sadıqovun məharəti ortada idi. Bu kubok Avropa yolunda bizə motivasiya olacaq.
- "Real" Çempionlar Liqasının qalibi olandan sonra "Qarabağ"ın II mərhələdən başlayacağı dəqiqləşdi. Bu, komandaya necə təsir edəcək?
- Buna görə qrup mərhələsinə bir pillə yaxın olacağıq. Artıq "Qarabağ" hər azərbaycanlının ürəyində özünə yer tapan çox önəmli klubdur. Xalqımızı sevindirməyə çalışacağıq.
- Çempionlar Liqasında qrup mərhələsinin formatı dəyişib. Hazırkı formatda "Qarabağ" qrupa düşə bilər?
- Sonda qarşımıza nəhəng klublar çıxır. Avropada asan oyun yoxdur. Əsas odur ki, bizim hazırlığımız yüksək səviyyədə olsun. İnanıram "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupunu aparacaq.
- Dadaşov ilk dəqiqədə qol vurdu, komandası qələbə qazandı
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- Türkiyə millisindən möhtəşəm geridönüş
- Konfrans Liqası: “Qzira” və AEK növbəti mərhələdə
- Amerikada stadiona elə heyvan girdi ki... - VİDEO