Azərbaycan Kapoeyra Federasiyasının milli komandası WCF (World Capoeira Federation) tərəfindən Macarıstanın paytaxtı Budapeştdə Avropa çempionatında 11 medal qazanıb.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz yarışı 6 qızıl, 2 gümüş, 3 bürünc mükafatla başa vurublar.
Fikrət Dadaşov, Cəfər Usubov, Dilqəm İsmayılov, Fərid Allahverdiyev, Mehriban Hacıbabayeva və Fərid Səlimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülçöhrə Abbasova, Asya Atayeva ikinci, Səid Şahyarov, Əli Tağızadə və Xədicə Zeynallı üçüncü yeri tutublar.
Azərbaycan komandası medalların sayına görə bütün işlərini qabaqlayıb.
- “Neftçi”də kütləvi ayrılıq - 4 legioner komandadan göndərildi
- İslam Oyunları: Taekvondoçumuz bürünc medal uğrunda yarışacaq - YENİLƏNİR
- Cüdoçularımız Göygöldə təlim-məşq toplanışında iştirak ediblər
- Afrika Millətlər Kuboku: Benzianın komandasının rəqibləri bəlli olub
- Kunde “Barselona”nın bir addımlığında