Misli Premyer Liqasında III turdan təxirə salınmış “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları müəyyənləşib.
Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmanı Rauf Cabarov idarə edəcək.
Ona meydanda Eyyub İbrahimov və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı yer alacaqsa, AVAR hakimi Kamran Bayramov olacaq.
Görüşün hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi İlham Əliyev olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 6-da, saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.
- "Beşiktaş" 5 matçdan sonra meydandan 3 xalla ayrıldı
- Paris-2024: Lisenziya qazananların siyahısı açıqlandı
- Ölkədən kənarda Azərbaycanın 22 idmançısı antidopinq testindən keçib
- "Neftçi"nin sabiq futbolçusu məhkəməyə verildi - SƏBƏB
- Bəxtiyar Həsənalızadənin komandasının prezidentini həbs cəzası gözləyir