Sabah avrokuboklarda qrup mərhələsi start götürəcək.
Apasport.az saytının məlumatına görə, əsas raunddakı yeganə Azərbaycan klubu “Qarabağ” Avropa Liqasında mübarizəyə başlayacaq.
Cəmi üç gündən sonra Almaniyada “Frayburq”un qonağı olacaq Qurban Qurbanovun yetirmələri tarixinin 9-cu startını gerçəkləşdirəcək. İndiyədək 6 dəfə Avropa Liqasında oynayan Ağdam klubu 2017-ci ildə Çempionlar Liqasının, 2021-ci ildə Konfrans Liqasının qrupunda qüvvəsini sınayıb.
Əvvəlki 8 starta nəzər salsaq, “Qarabağ” heç vaxt qələbə ilə başlamayıb. Cəmi üç heç-heçə əldə edən komanda 5 dəfə qrupa xalsız start verib.
Son 5 ildə isə ilk görüşdə qol da vurmaq mümkün olmayıb. Ümumiyyətlə start matçlarında 3 qol vuran “Qarabağ” 17-ni buraxıb.
18.09.2014. “Qarabağ” – “Sent-Etyenn” – 0:0
17.09.2015. “Tottenhem” – “Qarabağ” – 3:1
15.09.2016. “Qarabağ” – “Slovan” – 2:2
12.09.2017. “Çelsi” – “Qarabağ” – 6:0
20.09.2018. “Sportinq” – “Qarabağ” – 2:0
19.09.2019. “Qarabağ” – “Sevilya” – 0:3
22.10.2020. “Makkabi” T-Ə – “Qarabağ” – 1:0
16.09.2021. “Qarabağ” - “Bazel” – 0:0
- Premyer Liqada mövsümün futbolçusu adına namizədlər
- Elnur Eyvazov: “Yeni ideyalar gəlir, planlar dəyişir”
- Aleksandr Çertoqanov: “Nəticələrə millinin baş məşqçisi cavabdehdir”
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- "Turan Tovuz” tarixi rekordunu yeniləyib