Tovuz stadionunda işıqlandırma sistemi quraşdırıldı
16.10.2023 - 11:47
Tovuz stadionunda işıqlandırma sisteminin quraşdırılması başa çatıb.
Apasport.az xəbər verir ki, bunu “Turan Tovuz”un mətbuat xidməti açıqlayıb.
Müasir standartlara cavab verən sistem son sınaqlardan da uğurla keçib. Misli Premyer Liqasının X turunun "Turan Tovuz" - "Qarabağ" oyunu süni işıqlandırma ilə baş tutacaq.
Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" matçı oktyabrın 20-də təşkil olunacaq.
- “Qəbələ”nin nigeriyalı futbolçusu: “Əsas məqsədimiz Premyer Liqaya yüksəlməkdir”
- Qurban Qurbanov: “Xahiş edirəm ki, mənə bir də bu barədə sual verməyəsiz”
- Masazırda hesab açılmadı - YENİLƏNİB
- Cüdoçularımızın Qvadalaxara Qran-Prisindəki rəqibləri bəlli olub
- “Dortmund” “Leypsiq” səfərindən əliboş qayıdır
0
0