“Qarşılaşdığım ən pis meydançalardan biri idi”.
Apasport.az saytı xəbər verir ki, bunu Belçika yığmasının üzvü Leandro Trossar deyib.
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan Belçika komandasının yarımmüdafiəçisi “Dalğa-Arena”nın ot örtüyündən şikayətlənib. O, qazanılan üç xalı dəyərləndirib: “Meydanın örtüyü bizim xeyrimizə deyildi. Amma bu, bizə bəraət qazandırmır. Biz qol imkanları yaratdıq, mənim zərbəm dirəkdən döndü. Hesabın 1:0 olması bizim daha çətin vəziyyətə düşə biləcəyimizi göstərir. Əsas odur ki, çətin səfərdə üç xal qazandıq”.
Qeyd edək ki, Belçika yığması Bakida 1:0 hesabı ilə çətin qələbə qazanıb.
- Prezident: Dörd il əvvəl bu stadionda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərə sübut etdik ki, Qarabağ Azərbaycandır
- Uels şahzadəsindən İngiltərə millisinə DƏSTƏK
- De Liqt “Bavariya”ya keçdi
- İlin ən yaxşı gənc futbolçusu adına namizədlər – SİYAHI
- Qurban Qurbanov: "Daha çox "Qarabağ"lı futbolçuları "Qalatasaray"la oyuna cəlb etdik"