“Turan Tovuz” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb
                    
                    26.03.2025 - 20:57
                        
                    
                    Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletləri stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz. 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 28 mart tarixində, saat 19:30-da Tovuz şəhər stadionunda baş tutacaq.
                                
                                0
                                
                                0