"Turan Tovuz" "Voluntari"yə qarşı
09.01.2024 - 12:54
“Turan Tovuz” bu gün yeni mövsümdə ilk yoxlama oyununa çıxır.
Apasport.az xəbər verir ki, mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyədə davam etdirən bölgə təmsilçisi Rumıniyanın “Voluntari” klubu ilə qarşılaşacaq.
Antalyadakı “Topkapı Sport Center”in meydanında baş tutacaq görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Tovuz klubu yanvarın 15-də daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır. Komanda günün ilk oyununda Macarıstan təmsilçisi “Şiofok”la, ikinci matçında isə Özbəkistan “Nasaf”i ilə qarşılaşacaq.
- Millimiz tarixinin ən yaxşı nəticəsinə imza atdı: Dünya üçüncüsü oldu
- “Barselona” İspaniya millisinin üzvü ilə yeni müqavilə imzalayıb
- Belarus idman nazirinin müavini: "Gəncəyə gələndə nostalji hisslər keçirdim"
- AFFA nümayəndələri UEFA-nın seminarında
- Yunan-Roma güləşçilərimiz reytinq turnirində mübarizəyə başlayır
0
0